Aztelekom
Yüklənir
AZ

Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri

Dərc olunma tarixi

Departament: Texniki 
Şöbə: Pasportlaşma 
Vakansiya: Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri

Kvalifikasiya üzrə tələblər:
•    Ali Texniki təhsilli;
•    Texniki sahədə ən azı 3 il profesional iş təcrübəsi olmalıdır;
•    Rəhbərlik üzrə ən azı 1 il əmək stajına malik olmalıdır;
•    Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksən Texnologiyalar haqqında qanunvericiliyinin əsaslarını mükəmməl bilməlidir;
•    Telekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını bilməlidir;
•    Azərbaycan dilini mükəmməl bilməlidır, əlavə olaraq (rus, ingilis və s.) digər  dilləri   bilməsi arzuolunandır;
•    İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
•    Xətt şəbəkəsinin pasportlaşmasına  aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
•    Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv;
•    işləməyə bacarmalıdır;
•    Kompyuter bilikləri üzrə : MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir;  
•    Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
•    Azərbaycan Respublikasının Konstitusiyası  Əmək Məcəlləsi üzrə baza biliklərə malik olamalıdır;
•    Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
•    İşgüzar yazışma əsaslarını bilməlidir;
•    Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
•    Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

Vəzifə öhdəlikləri:
•    Xətt təsərrüfatının pasportlaşması sektorunun müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında  “Aztelekom” MMC-də  Xətt şəbəkəsinin pasportlaşması sahəsinə aid olan prosesi və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;  
•    Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə və “Aztelekom” MMC-də müəyyən olunmuş  Daxili Qaydalar və Təlimatlara əsasən aparır; 
•    Xətt təsərrüfatının pasportlaşmasına dair sənədləşməni Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla  aparılmasına nəzarət edir;
•    Xətt təsərrüfatının pasportlaşması sektoru müdirinin tabeçiliyində olan “İşçiləri” elanlarla, təlimatlarla, texnoloji proseslərlə tanış edir. 
•    Daxil olmuş müraciətlərin vaxtıda aradan qaldırılmasına nəzarət edir;
•    Tabeliyində olan əməkdaşların müştərilərlə ünsiyyətdə etik qaydalara əməl olunmasına nəzarət edir;
•    “Aztelekom” MMC üzrə bütün region və filiallarda bu sahə üzrə çalışan mütəxəsislərin sektor mütəxəssisləri tərəfindən ümumi məsələlərlə məlumatlandırılmasına nəzarət edir;
•    Sektorun müdiri Texniki  Departamentin digər struktur  bölmələri ilə öz fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir;
•    Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı  qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
•    “İşəgötürənin”strateji məqsədlərinə nail olmağa doğru istiqamətlənir;
•    Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
•    Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə  birbaşa rəhbərinə  hesabat verir;
•    Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri


Müvafiq   tələblərə  uyğun  olan namizədlər mövzu  hissəsində “Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri” vakansiya adını qeyd etməklə  recruitment@aztelekom.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqəsaxlanılacaqdır.

Son müraciət tarixi: 30.04.2023.

Axtarış

×