Telefon və internet xidmətinə qoşulmaq üçün yaşadığınız bölgədə "Aztelekom"un Telekommunikasiya Qovşağına və ya onlayn müraciət edə bilərsiniz.
Telefon və internet xidmətinə qoşulmaq üçün yaşadığınız bölgədə "Aztelekom"un Telekommunikasiya Qovşağına və ya onlayn müraciət edə bilərsiniz.
Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin bir sıra üstünlükləri mövcuddur.
Əsas üstünlükləri:
- 100 mbt/s qədər yüksək sürət;
- 24/7 rejimində kəsintisiz ötürülmə;
- Fərdi operator xidməti.
Əlavə məlumat əldə etmək üçün rəsmi səhifəmizin “Ayrılmış xətt” bölməsinə daxil ola bilərsiniz.
"Aztelekom"un Telekommunikasiya Qovşaqlarının yerləşdiyi ünvan haqqında məlumat əldə etmək üçün rəsmi səhifəmizin “Xidmət nöqtələri” bölməsinə daxil ola bilərsiniz.
CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyi nəzərə alınaraq və dünya təcrübəsinə əsaslanaraq xidmət 31 avqust 2022-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, “Aztelekom” MMC bu xidmətə alternativ olaraq xidmətin dayandırılması ilə əlaqədar texniki imkanın olduğu bütün hallarda və ərazilərdə CDMA abunəçilərinə telekommunikasiya xidmətləri göstərəcək. Yeni telekommunikasiya xidmətlərindən istifadə etmək üçün https://aztelekom.az/az/contact-us onlayn müraciət edə bilərsiniz
"Tac kart" sabit telefon şəbəkəsi üzərindən mobil, beynəlxalq və şəhərlərarası danışıqlar aparmaq üçün istifadə edilən universal ödəniş kartıdır. Bu kartların bir sıra üstünlükləri mövcuddur:
- Sabit telefon şəbəkəsi üzərindən edilən mobil, şəhərlərarası və beynəlxalq zənglərə görə borc hesablanmır.
- Telefonun balansına daima nəzarət etmək imkanı
- Telefonun “0” çıxışı bağlı olduğu halda belə mobil, şəhərlərarası və beynəlxalq zənglər etmək mümkündür.
Əlavə məlumat əldə etmək üçün rəsmi səhifəmizin Tackart bölməsinə daxil ola bilərsiniz.
İnternet xidmətində sürət dəyişikliyi etmək üçün yaşadığınız bölgədə "Aztelekom"un Telekommunikasiya Qovşağına ərizə və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etməklə və ya onlayn müraciət edə bilərsiniz
"Tackart" vasitəsi ilə sabit telefon şəbəkəsi üzərindən həm bölgələrdən, həm də Bakı şəhərindən istədiyiniz yerə zəng etmək mümkündür.
Zəng etmək üçün 2 yığım qaydası mövcuddur:
1) *124*Pin kod# Yes (balansı artırmaq və ya balansda qalan məbləği öyrənmək üçün)
*178*Pin kod# Yes (yalnız bölgələrdən danışıq aparmaq üçün)
2) *181* Pin kod #şəhər kodu, telefon nömrəsi# (Bakı şəhəri də daxil olmaqla bütün
bölgələrdən danışıq aparmaq üçün)
Əlavə məlumat əldə etmək üçün rəsmi səhifəmizin Tackart bölməsinə daxil ola bilərsiniz.
İstifadəçi Aztelekom ilə müqavilə bağladıqdan sonra 7 iş günü ərzində qoşulma həyata keçirilir.