Aztelekom
Yüklənir
AZ

“Aztelekom” əməkdaşları üçün növbəti təlim keçirildi

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarına “Kadrların inkişafı” proqramı əsasında peşəkar təlimçi və fəlsəfə üzrə elmlər doktoru Anar Rüstəmov tərəfindən “Layihələrin idarəedilməsi – PMP” adlı təlim keçirilib.

Xüsusi tədris proqramı çərçivəsində interaktiv formatda aparılan təlim “İnformasiya texnologiyalarının bizneslə əlaqələnidirilməsi” proseslərini və praktiki misalları əhatə edib.

"İKT LAB" tətbiq və tədris mərkəzinin dəstəyi ilə keçirilən təlim proqramının sonunda iştirakçılara sertifikatlar verilib.

28.10.2019

Axtarış

×