Aztelekom
Yüklənir
AZ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Lənkəranda, nazirin birinci müavini Astarada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 15 noyabr 2019-cu il tarixində saat 12:00-da Lənkəran şəhərində Lənkəran və Lerik rayonunun sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Astarada rayon sakinlərini qəbul edəcək.

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

Bunun üçün vətəndaşlardan Lənkəran rayonunda 025 2554527, Lerik rayonunda 025 2746055, Astara rayonunda 025 2251111 nömrəli telefona zəng etmələri xahiş olunur.

12.11.2019

Axtarış

×