Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin regionlardakı müəssisələrində qabaqlayıcı tədbirlər davam etdirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəssisələrdə koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bununla əlaqədar MMC-nin tabeliyində olan 57 yerli Telekommunikasiya müəssisəsində, Beynəlxalq Avtomat Telefon Stansiyasında və Kabel Magistralları Texniki Qovşağında dezinfeksiya işləri və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

Əməkdaşların sağlamlığı və təhlükəsizliyi diqqətdə saxlanılır, onlar virusdan qorunmaq məqsədilə zəruri tibbi vasitələrlə (spirt, maska və.s ) təmin olunurlar. Müəssisələrə gələnlərin hərarəti yoxlanılır və əlləri xüsusi məhlulla dezinfeksiya edilir.

30.03.2020

Axtarış

×