Aztelekom
Yüklənir

Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Bu gün Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Görüşə Aztelekom və Baktelecom-un Xocalı şəhərindən olan əməkdaşları Vüqar Behbudov və Dürdanə Hacıyeva da dəvət ediliblər.

Tədbirdə amansız faciənin qurbanları yad edilib, qətliam gününün şahidləri dinlənilib.

Əməkdaşımız Vüqar Behbudov sözügedən hadisələr zamanı əsirlik həyatından, xalqımızın məruz qaldığı zülmlərdən söz açıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə çapdan çıxan “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Hacıyeva Xocalı həqiqətlərinin dünyaya çatdırılması və qətliama obyektiv qiymətin verilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Sonda bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Xocalı qurbanlarının qisası alınsa da faciə xalqımızın yaddaşına əbədi həkk edilib.

Aztelekom kollektivi faciə qurbanlarını dərin hüznlə yad edir, yaxınlarına səbir arzulayır.

Axtarış

×