Aztelekom
Yüklənir
AZ

Qəza hadisəsi

19 may 2022-ci il saat 09:00 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində “Aztelekom” MMC-nin Şirvan regional filialının Şamaxı şöbəsinin Çuxuryurd kənd elektrik montyoru vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Tanrıverdiyev Cahangir Soltan oğlu bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Əməkdaşımızın ailəsinə kollektivimiz adından səbir diləyir, dərin hüznlə başsağlığı veririk. Qeyd edək ki, bədbəxt hadisənin baş verdiyi ünvanda “Aztelekom” MMC-yə məxsus rabitə xətləri və ya digər infrastruktur mövcud deyil. Belə ki, ilkin məlumata görə, mərhum qeyri-müəyyən şəraitdə həmin ünvanda hündürlükdən keçən yüksəkgərginlikli elektrik naqilinə (10 KV-lıq) təması nəticəsində həyatını itirmişdir. Hazırda faktla bağlı araşdırma aparılır. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Axtarış

×