Aztelekom
Yüklənir

“Aztelekom” MMC-nin “107” sifariş xidmətinin fəaliyyəti dayandırılacaq

Abunəçilərin diqqətinə çatdırırıq ki, “Aztelekom” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması və xidmət keyfiyyətinin  artırılması məqsədilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərini sifariş əsasında göstərən “107” xidmətinin fəaliyyətini 06.07.2022-ci il tarixindən etibarən dayandırır.

Xidmətin dayandırılmasına səbəb xidmətin aktual olmaması və sifarişçi sayının nəzərəçarpacaq dərəcədə azalmasıdır.

Qeyd edək ki, stasionar telefon vasitəsilə ölkədaxili və mobil danışıq xidmətlərindən istifadə etmək üçün “sıfır” kodunun, beynəlxalq danışıq xidmətindən istifadə etmək üçün "sıfır-sıfır" kodunun aktiv olması kifayət edir. Bu kodları aktivləşdirmək üçün ərizə ilə yaşadığınız ünvan üzrə müvafiq Telekommunikasiya Qovşağına və ya 170 Çağrı mərkəzinə müraciət edə bilərsiniz.

Axtarış

×