Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin 2021-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalı

Cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2020-ci illə müqayisədə 2021-ci ilin gəliri 9% artaraq 98,870,000 manata çatmışdır.

Ümumi gəlirlərdə müşahidə edilən artıma baxmayaraq, Cəmiyyət 2021-ci ili 11,622,000 manat zərərlə başa vurmuşdur. Zərərin formalaşmasına əsas səbəb yüksək amortizasiya xərcləri və eləcə də əsas vəsaitlər üzrə yaranmış dəyərsizləşmə olmuşdur. Cəmiyyət Azərbaycan Respublikasında GPON (Giqabit Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqini həyata keçirir, həmçinin, abunəçilərin keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi və şəbəkənin ən müasir texnologiyasına keçidi məqsədilə müəyyən işlər icra edilir. Nəticə etibarilə texnoloji köhnəlməyə məruz qalmış və istifadə müddəti bitməyə yaxınlaşan vəsaitlər üçün dəyərsizləşmə ehtiyatı yaradılmışdır.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İnformasiya Kommunikasiya Texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Cəmiyyət kapital qoyuluşları proqramını yerinə yetirmişdir. Belə ki, müvafiq proqram çərçivəsində tikintisi və quraşdırılması başa çatmış əsas vəsaitlər istismara verilmişdir. 2021-ci il ərzində əsas vəsaitlərə 21,540,000 manat dəyərində investisiya olunmuşdur.

Cəmiyyətin əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri 2021-ci il üzrə ötən ilə nisbətən 42.1% artaraq 17,668,000 manat təşkil etmişdir.

Tarix: 11.10.2022

Axtarış

×