Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin biznes subyektləri üçün yeni tarif paketləri artıq satışdadır

“Aztelekom” MMC biznes subyektlərinin yüksəksürətli internetə artan tələbatını və istəklərini nəzərə alaraq yeni müştərilər üçün mövcud tarif paketlərini yenilənmiş tərkibdə təqdim edir.

Yeni tariflər, xüsusilə kiçik və orta bizneslərdə effektivlik və səmərəliliyin artırılmasına dəstək məqsədilə daha münasib qiymətlərlə və güzəştli şərtlərlə təqdim olunur.

Yenilənmiş tariflər aşağıdakılardır:

  • GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə)
  • ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti)
  • DIA (Ayrılmış İnternet Kanalı) texnologiyaları vasitəsilə

Xüsusilə GPON tariflərində yeni tarif paketini seçəcək biznes subyektləri təqdim olunan güzəştlərlə yanaşı, Tvin TV-dən də (GPON texnologiyasına qoşulmaqla) istifadə edə biləcəklər. Eyni zamanda, cari paketlərdən istifadə edən müştərilərin Tvin TV-yə olan tələbatı da nəzərə alınıb. Belə ki, mövcud müştərilərə “Aztelekom”un  daha sərfəli yeni GPON tarif və paketlərini seçməklə Tvin TV-dən istifadə imkanı təqdim olunur.

Biznes subyektləri Tvin TV-ni əldə etməklə 247 ədəd TV kanalı, həmçinin verilişlərin 7 günlük arxivini heç bir yaddaş kartı olmadan izləmək, avadanlıqda “YouTube” və "Netflix" kimi tətbiqlərdən istifadə etmək imkanına sahib olacaqlar. İstifadəçilər adi TV deyil, Smart TV funksiyalarına malik xidmət əldə edəcəklər.

Yeni tariflər biznes sahiblərinə daha əlverişli və daha əlçatan şərtlərlə internet xidmətindən istifadə etmək imkanı yaradacaq. Belə ki, sahibkarlar tariflərlə paralel olaraq istifadəyə veriləcək paket şəklində təklif edilən xidmətlər vasitəsilə bizneslərinə lazım olan bütün xidmətlərdən cari istifadə etdikləri GPON tariflərini dəyişmədən yararlana biləcəklər.

Yeni tarif paketlərindən yararlanmaq istəyən müştərilər “Aztelekom”un “170” Çağrı Mərkəzinə və ya ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət edə bilərlər.

 

Yeni təqdim edilən tariflər

Tarif

Qiymət

 

GPON(optik) 40 Mbit/s

23 AZN

         12 aylıq güzəştli şərtlərlə

GPON(optik) 60 Mbit/s

30 AZN

GPON(optik) 80 Mbit/s

40 AZN

GPON(optik) 100 Mbit/s

46 AZN

Ayrılmış xətt 8 Mbit/s

130 AZN

 

Ayrılmış xətt 12 Mbit/s

192 AZN

 

Ayrılmış xətt 15 Mbit/s

230 AZN

 

Ayrılmış xətt 25 Mbit/s

375 AZN

 

Ayrılmış xətt 35 Mbit/s

518 AZN

 

Ayrılmış xətt 50 Mbit/s

730 AZN

 

Ayrılmış xətt 100 Mbit/s

1450 AZN

 

Ayrılmış xətt 250 Mbit/s

3600 AZN

 

Ayrılmış xətt 1 Gbit/s

7090 AZN

 

 

Biznes subyekləri üçün yeni təqdim edilən GPON (optik) paketlər

Paket

 

 

Qiymət

2-si 1-də

40 Mbit/s

internet+telefoniya

30 AZN

2-si 1-də

60 Mbit/s

internet+telefoniya

37 AZN

2-si 1-də

80 Mbit/s

internet+telefoniya

47 AZN

2-si 1-də

100 Mbit/s

internet+telefoniya

53 AZN

3-ü 1-də

40 Mbit/s

internet+telefoniya+TV

38 AZN

3-ü 1-də

60 Mbit/s

internet+telefoniya+TV

45 AZN

3-ü 1-də

80 Mbit/s

internet+telefoniya+TV

55 AZN

2-si 1-də

40 Mbit/s

internet+TV

31 AZN

2-si 1-də

60 Mbit/s

internet+TV

38 AZN

2-si 1-də

80 Mbit/s

internet+TV

48 AZN

2-si 1-də

100 Mbit/s

internet+TV

54 AZN

3-ü 1-də

100 Mbit/s

internet+telefoniya+TV

61 AZN

 

Qeyd: Qiymətlərə ƏDV daxildir.

Axtarış

×