Aztelekom
Yüklənir
AZ

“Baktelecom” və “Aztelekom”da 27 Sentyabr – Anım Günü qeyd olunub

“Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin bir qrup əməkdaşı 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran əsgər və zabitlərimizi dərin ehtiramla yad edib.

“Aztelekom” MMC-nin inzibati binasında baş tutan anım mərasimində şəhid əməkdaşların müəssisədəki xatirə lövhəsi önünə gül çələngi qoyulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Anım günündə İkinci Fəxri xiyabanda və Bakının Hökməli qəsəbəsində dəfn olunan rabitəçi şəhidlərin məzarları ziyarət edilib.

Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla anır, kollektivimiz adından yaxınlarına səbir diləyirik.

 

 

Axtarış

×