Aztelekom
Yüklənir
AZ

“Baktelecom” və “Aztelekom” əməkdaşları peşə bayramlarını qeyd ediblər

“Baktelecom” və “Aztelekom” kollektivi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramını qeyd edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə rabitə sahəsi üçün əlamətdar hesab olunan 6 dekabr tarixinin Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunduğu bildirilib.

“Aztelekom” MMC-nin Baş direktor vəzifəsini müvəqqəti icra edən Tural Pirverdiyev ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində görülən işlərdən danışaraq əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Peşə fəaliyyətində seçilən bir qrup əməkdaş “Azərbaycan Respublikasının telefon rabitəsinin yaradılmasının 142 illiyi ilə əlaqədar” Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, 1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib.

Son illər ərzində “Aztelekom” və “Baktelecom” ölkənin telekommunikasiya infrastrukturunu optimallaşdıraraq ənənəvi sabit telefonlardan ən müasir genişzolaqlı texnologiyaya qədər inkişaf yolu keçib. Hər iki şirkət yeni nəsil texnoloji avadanlıqlardan istifadə etməklə Azərbaycandakı telekommunikasiya şəbəkəsinin qlobal standartlara uyğunlaşmasını və yüksəksürətli əlaqəni təmin edir.

Axtarış

×