Aztelekom
Yüklənir
AZ

“Aztelekom”da 30-dan çox vakansiya üzrə iş imkanı yaradılıb

“Aztelekom” MMC xidmətlərinə artan tələbatı ödəmək üçün 30-dan çox vakansiya elan edib.

Belə ki, telekommunikasiya sənayesində faydalı karyera qurmaq istəyən hər kəs üçün şirkətdə bərabər imkanlar təqdim olunur. Böyük infrastruktur layihələri həyata keçirən “Aztelekom” MMC texnoloji imkanların təkmilləşdirilməsi ilə yanaşı, həm də şəxsi və peşəkar inkişaf üçün mühitin yaradılmasına töhfə verir. Əsas məqsəd proseslərin keyfiyyətinin artırılması, hesabatlılığın beynəlxalq standartlara uyğun təmin edilməsi ilə işçi qüvvəsini gücləndirməkdir.

Mövcud vakansiyalar haqqında ətraflı məlumat və müraciət üçün linkə keçid edib uğurlu karyera yoluna doğru “Aztelekom”la addımlaya bilərsiniz.

Axtarış

×