Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

“Aztelekom” MMC-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC əməkdaşlarının övladlarının qatıldığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qurumların rəhbər şəxsləri çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb, şəhid əməkdaşlarımızın övladlarının hər zaman diqqət mərkəzində saxlanıldıqlarını bildiriblər.

Tədbirdə nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı oyunlar keçirilib, uşaqların ifasında şeirlər səsləndirilib və onlar üçün üz boyama təşkil olunub.

Sonda uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Axtarış

×