Aztelekom
Yüklənir
AZ

Aztelekom MMC-nin göstərdiyi xidmətlərdə fasilələrin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama

Aztelekom MMC-nin göstərdiyi xidmətlərdə fasilələrin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama

08 iyun tarixində saat 18:40-dan etibarən Aztelekom MMC-nin tabeliyindəki Yevlax Data Mərkəzində hava şəraiti ilə bağlı yaranmış texniki problemlə əlaqədar olaraq bir qrup abunəçinin telekommunikasiya xidmətləri ilə təmin edilməsində fasilələr meydana gəlmişdi.

Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində bütün imkanlar dərhal səfərbər olunub, zəruri tədbirlər həyata keçirilərək 00:20 radələrində telekommunikasiya xidmətləri tam olaraq bərpa olunub.

Yaranmış çətinliklə əlaqədar olaraq Aztelekom MMC abunəçilərdən üzr istəyir və həmçinin texniki problemlə qarşılaşdıqları halda Aztelekom abunəçilərindən 170 Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

Axtarış

×