Aztelekom
Yüklənir
AZ

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində aparılan işlərin uğurla və təhlükəsiz qaydada aparılması məqsədilə “Hündürlükdə işlərin təhlükəsiz görülməsi” adlı silsilə təlimlər keçirib.

 

May ayı ərzində keçirilən təlimlərə 140 nəfər region əməkdaşı qatılıb. Təlim iştirakçılarına sonda sertifikat və vəsiqələr təqdim edilib. Təlimlərin davamlı olması nəzərdə tutulur.

 

Qeyd edək ki, “Aztelekom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır. Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. Layihənin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78%-ni təşkil edir.

Axtarış

×