
“Aztelekom” MMC tərəfindən təqdim edilən
“153 tibbi məlumat və aptek axtarışı (pharm-inform)” xidməti öz aktuallığını
itirməsi səbəbi ilə 1 dekabr 2025-ci il tarixindən etibarən fəaliyyətini dayandıracaq.
Rəqəmsal platformaların sürətli inkişafı
nəticəsində tibbi məlumat və aptek axtarışı kimi xidmətlərin onlayn
platformalar və apteklərin rəsmi səhifələri vasitəsilə daha əlçatan olması telefonla
məlumat verilməsinə olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldıb. Bu səbəbdən
“153 (pharm-inform)” xidmətinin dayandırılması rəqəmsallaşma və yenilənmə
prosesinin məntiqi davamı olaraq həyata keçirilir.
İstifadəçilər üçün daha rahat və innovativ həllərin tətbiqinə üstünlük verən “Aztelekom” Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək.