
Elm və Təhsil
Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən
təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində
təlimlər davam edir.
Məqsəd şagird
və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin
formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən
qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Layihə çərçivəsində
növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində keçirilib.
Təlimdə
“Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların
qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma
üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim
olunub.
İki gün davam
edən sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlər üzərində
praktiki müzakirələrlə müşayiət edilib. Təlimə, həmçinin Şəki rayonunun Baltalı
- kəndinin müəllim və şagirdləri də qatılıblar.
Növbəti təlimlərin
ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, layihə bu günədək Qusar və Lənkəran rayonlarının kənd məktəblərinin
müəllim və şagirdlərini əhatə edib.