
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz
istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin məqsədi
müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin
formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən
qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Hazırkı mərhələdə
korporativ sosial məsuliyyəti layihələri çərçivəsində keçirilən tədbirdə Gəncə
– Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil
İdarələrinin tabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlər təşkil
olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən
təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə
davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet
istifadəsi mövzularını əhatə edir.
Sessiyalar
iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlər üzərində aparılan müzakirələr
və praktik yanaşmalar əsasında keçirilib.
Növbəti mərhələlərdə
layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Xatırladaq
ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin
müəllim və şagirdlərini əhatə edib.