
“Aztelekom” MMC-də 2 Fevral – Azərbaycan
Gəncləri Günü münasibətilə tədbir təşkil edilib. Tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin ərazi
bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Çıxışlarda Azərbaycan Gəncləri Gününün
MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təsis
olunmasının tarixi əhəmiyyəti vurğulanıb, Ulu Öndər Heydər Əliyevin gənclərə
göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin intellektual və peşəkar
inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan Gəncləri Gününə həsr
olunmuş videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində fəaliyyətində fərqlənən
bir qrup əməkdaş mükafatlandırılıb.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri
Günü 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib.