
“Aztelekom” MMC korporativ sosial məsuliyyət təşəbbüsləri
çərçivəsində yaşlı nəslin sosial rifahının və rəqəmsal imkanlara çıxışının
artırılmasına yönəlmiş layihələrə dəstəyini davam etdirir.
Bu istiqamətdə “Üçüncü Bahar” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən
YAŞA mərkəzləri ilə əməkdaşlıq çərçivəsində bir sıra texniki və infrastruktur dəstəyi
həyata keçirilib.
Görülən işlər çərçivəsində İçərişəhər,
Bakıxanov və Mingəçevir YAŞA mərkəzləri müasir telekommunikasiya avadanlıqları
ilə tam təchiz olunub, mərkəzlərdə yüksəkkeyfiyyətli internet infrastrukturu
qurulub və rəqəmsal xidmətlərə çıxış imkanları genişləndirilib.
Həyata keçirilən bu təşəbbüslər YAŞA mərkəzlərindən
faydalanan yaşlı vətəndaşların rəqəmsal savadlılığının və sosial aktivliyinin
artırılmasına, onların asudə vaxtlarının daha səmərəli təşkilinə əlavə imkanlar
yaradır.
“Aztelekom” MMC cəmiyyətin müxtəlif qruplarını
əhatə edən sosial yönümlü layihələrə töhfə verməyə və rəqəmsal inklüzivliyin
genişləndirilməsinə yönəlmiş təşəbbüsləri gələcəkdə də davam etdirməyi
planlaşdırır.