
“Bakı Telefon Rabitəsi” MMC də daxil
olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi səbəbindən çağrı xidmətləri vahid platformada təqdim
olunacaq.
Belə ki, “155” xidməti mərhələli şəkildə
“170” Çağrı mərkəzinə inteqrasiya olunur.
Məlumat üçün bildirək ki, 2 mart
2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik
olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən
etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.
Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli
və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi
daşıyır.