
Xocalı soyqırımının ildönümü ilə əlaqədar
“Aztelekom” MMC-nin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai
rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Ziyarət zamanı soyqırımda həyatını
itirmiş vətəndaşlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Xalqımızın yaddaşında silinməz iz qoymuş
bu faciə eyni zamanda milli həmrəyliyimizin və mübarizə əzmimizin də rəmzidir. Tarixi
həqiqətlərin yaşadılması “Aztelekom”un korporativ sosial məsuliyyət
yanaşmasının mühüm istiqamətlərindən biridir.