
AZCON Holding
şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları”
korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin məqsədi
müəllimlərin internetdən səmərəli və təhlükəsiz istifadə imkanlarını daha da
gücləndirmək, rəqəmsal savadlılığın inkişafına dəstək olmaq və onlayn təhlükələrdən
qorunma sahəsində məlumatlılığı artırmaqdır.
Layihə çərçivəsində
növbəti təlimlər Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə – Daşkəsən
regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən 100-dən çox müəllim
üçün onlayn şəkildə təşkil olunub.
“Aztelekom”un
mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal
təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma
üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.
Sessiyalar
real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində qurulan
interaktiv formatda keçirilib.
Növbəti mərhələlərdə
layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki,
layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim
və şagirdlərini əhatə edib. Eyni zamanda Gəncə – Daşkəsən, Lənkəran – Astara,
Quba – Xaçmaz və Mərkəzi Aran regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən
müəllimlər üçün də onlayn təlimlər təşkil olunub.