
“Aztelekom” MMC Azərbaycan-Türkiyə
İş Adamları Birliyinə (ATİB) üzv olub. Bu üzvlük şirkətin biznes əlaqələrinin
genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və korporativ əməkdaşlıqların
inkişafı baxımından mühüm addımdır.
Telekommunikasiya sahəsində
uzunillik təcrübəyə və ölkə üzrə geniş şəbəkə əhatəsinə malik olan “Aztelekom”
fərdi və korporativ müştərilər üçün müxtəlif rəqəmsal həllər təqdim edir. ATİB
üzvlüyü isə şirkətə müxtəlif sahələr üzrə fəaliyyət göstərən çoxsaylı biznes tərəfdaşları
ilə daha yaxından əməkdaşlıq etmək imkanı verəcək.
Bu əməkdaşlıq çərçivəsində
“Aztelekom”un korporativ satış istiqamətində imkanlarının genişlənməsi, yeni
layihələrin formalaşması və biznes əlaqələrinin daha da güclənməsi gözlənilir.
Cəmiyyət bundan sonra da
innovativ yanaşmalarla bazarda mövqeyini möhkəmləndirməyi və tərəfdaş şəbəkəsini
genişləndirməyi hədəfləyir.