
AZCON Holding şirkətlərindən olan “Aztelekom”
MMC-də müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin
anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdən əvvəl şirkətin kollektivi Fəxri
xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini
ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. “Aztelekom”un
inzibati binasında davam edən iclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü
uğrunda canından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Ümummilli Liderin Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz tarixi xidmətləri,
ölkənin sosial-iqtisadi yüksəlişinin əsasını təşkil edən strateji siyasəti
xüsusi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Ulu Öndərin bu uzaqgörən siyasəti
ölkədə bir çox sahələrlə yanaşı, telekommunikasiya və informasiya
texnologiyalarının inkişafı üçün də möhkəm əsaslar yaradıb. Onun müəyyənləşdirdiyi
kurs bu gün də Azərbaycanın rəqəmsal inkişafı və müasir texnoloji
infrastrukturunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.