Yüklənir
AZ
  • Onlayn müraciət
  • Onlayn ödəmə
    Telefon
    Internet

    Tackart
  • ŞƏXSİ KABİNET
  • Çağrı mərkəzi

"Müştəriyə yönəlik xidmət mədəniyyəti” adlı növbəti interaktiv-təlim keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilən təlimləri davam etdirir.

Kommersiya departamentinin Müştəri xidmətləri şöbəsinin müdiri Fidan Məmmədova tərəfindən hazırlanan “Müştəriyə yönəlik xidmət mədəniyyəti” adlı növbəti interaktiv-təlimlər bu dəfə “Aztelekom” MMC-nin inzibati binasında, Şirvan TKQ-də və Masallı TKQ-də keçirilib. 

Toplam 86 nəfər üçün təşkil olunan bu tədbirlərdə Abşeron TKQ, Hacıqabul TKQ, Sumqayıt TKQ, Qobustan TKQ, Sabirabad TKQ, Saatlı TKQ, Salyan TKQ, İmişli TKQ, Biləsuvar TKQ, Masalllı TKQ, Neftçala TKQ, Cəlilabad TKQ, Yardımlı TKQ, Lerik TKQ, Lənkəran TKQ və Astara TKQ-nin  TKQ-nin müştəri xidmətlərinin əməliyyatçıları, satış şöbələrinin əməkdaşları və ilk dəfə olaraq montyorlar da iştirak ediblər.

Təlimin əsas mövzuları – “ünsiyyət bacarıqları, xidmət standartları və müştəri tipləri” haqqında müzakirələr aparılıb, əməkdaşlara lazımı istiqamətlər göstərilib. “Aztelekom və nəticədə hər iştirakçıya sertifikat təqdim olunub. 
Xidmət keyfiyyətinin artırılması və müştəri məmnuniyyətin təmin edilməsində sözügedən təlimlərin rolu böyük olduğundan, gələcəkdə bu təlimlərin digər TKQ-lərdə də keçirilməsi planlaşdırılır. 

16.07.2018

Axtarış

×