Yüklənir
AZ
  • Onlayn müraciət
  • Onlayn ödəmə
    Telefon
    Internet

    Tackart
  • ŞƏXSİ KABİNET
  • Çağrı mərkəzi

Regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması mövzusunda növbəti tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda abunəçilərə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə keçirdiyi tədbirləri davam etdirir.
“Aztelekom” MMC-nin Kommersiya departamentinin əməkdaşlarının iştirakı ilə keçirilən növbəti tədbir Ağcabədi Telekommunikasiya Qovşağında baş tutub. 
Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Fizuli, İmişli Telekommunikasiya Qovşaqlarının əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov bildirib ki, xidmət keyfiyyətinin, müştəri məmnuniyətinin artırılması, abunəçi və əməkdaş arasında ünsiyyətin düzgün qurulması üçün yeni yanaşma strategiyası “Aztelekom” MMC-nin əsas hədəflərdən biridir.

Bu hədəflərə nail olmaq üçün əməkdaşlardan işə məsuliyyətlə yanaşmaq, qarşıya çıxan problemlərin operativ aradan qaldırılmasında çeviklik tələb olunur.

TKQ-larda mövcüd çətinliklər, bu çətinliklərin aradan qaldırılması yolları, müştəri xidmətlərinə aid qayda və tələblər, peşə etikası qaydaları ətrafında da müzakirələr aparılıb.

Qeyd edək ki, görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Axtarış

×