Yüklənir
AZ
  • Onlayn müraciət
  • Onlayn ödəmə
    Telefon
    Internet

    Tackart
  • ŞƏXSİ KABİNET
  • Çağrı mərkəzi

“Aztelekom” MMC-nin komandası qaliblər sırasında

“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində keçirilən dama oyunları yekunlaşıb.
 Sözügedən yarışda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı, “AzInTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezlikləri İdarəsi, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və “Teleradio” İB-nin komandaları mübarizə aparıblar.
Dama oyunlarının yekun nəticəsinə əsasən, “Aztelekom” MMC-nin komandası 50 xal toplayaraq  III yerdə  qərarlaşıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin komandası 60 xalla II pillədə,  “Bakı Telefon Rabitəsi” MMC-nin komandası 80 xalla I yerin qalibi olub.
Qeyd edək ki, “Sağlamlıq – 2018” Respublika Spartakiadası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak”  Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Axtarış

×