Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində güllə atıcılığı idman növü üzrə yarışlar təşkil olunub.
33 nəfərdən ibarət 11 komandanın qatıldığı yarışlarda I yeri “Aztelekom” MMC-nin komandası, II yeri “Bakı Telefon Rabitəsi” MMC-nin komandası, III yeri Məlumat Hesablama Mərkəzinin komandası tutub.
Güllə atıcılığı üzrə şəxsi yarışlarda isə I yerə “Aztelekom” MMC-nin əməkdaşı Kərimli Murad, II yerə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşı Əliyev Teymur, III yerə “Aztelekom” MMC-nin əməkdaşı Dadaşov Kamran layiq görülüb.
Qeyd edək ki, hazırda spartakiada çərçivəsində dama oyunları keçirilir.
24.01.2019