Aztelekom
Yüklənir
AZ

Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçildi

Belarus Respublikasının Minsk şəhərində keçirilən “TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli Pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.

Pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkı, eləcə də, “Azercell” və “Delta Telekom” şirkətləri İKT sahəsinə dair xidmət və məhsullarını təqdim edirlər.

Ölkəmiz 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla təmsil olunur.

Qeyd edək ki, "TIBO" Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biridir.

09.04.2019

Axtarış

×