Aztelekom
Loading
EN

Şəhid əməkdaşımız Nail Orucovun xatirəsi yad edilib

31 oktyabr 2023-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin heyəti Vətən müharibəsinin şəhidi olmuş Nail Rəfail oğlu Orucovun xatirəsini anıb.

Qurumların əməkdaşları Astara Telekommunikasiya Qovşağında mühəndis vəzifəsində işləmiş Nail Orucovun doğulduğu Astara rayonunda şəhidin ev muzeyini və məzarını ziyarət edib, önünə gül dəstələri və əklil qoyublar.

Qeyd edək ki, tabor komandiri, polkovnik-leytenant Nail Orucov Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı istiqamətində döyüşlərdə fəal iştirak edib. O, 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

N.Orucov dəfələrlə Fəxri Fərman, Qüsursuz xidmətinə görə və Fərqlənməyə görə medallarla təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nail Orucov ölümündən sonra “Vətən uğrunda”, “Azərbaycan Bayrağı ordeni”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Search

×