Aztelekom
Loading
EN

“Aztelekom” Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb

“Aztelekom” MMC Yevlax şəhərində, Aran qəsəbəsində, Yevlax rayonunun Cırdaxan, İrəvanlı, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Duzdağ, Nemətabad, Qoyunbinəsi, Malbinəsi, Kolanı və Aşağı Salamabad kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Rayon ərazisində 18008 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 8805 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet

– internet + telefoniya

– internet + televiziya

– internet + telefoniya + televiziya

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Azərbaycan, AZ6600 Yevlax şəhəri Qanboy Quliyev 1, tel.: +994 223360599), həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,7 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.

Search

×