Departament: Texniki
Vakansiya: Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri
• Dizel-generator şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir.
• Yeni generatorların alınaraq quraşdırılması ilə əlaqəli layihələrinin təminində iştirak (quraşdırma və qəbul prosesində) edir;
• Generator giriş və çıxış elektrik, siqnal xətləri, AVR sistemlərinin yenilənməsi, istismarı, təmiri;
• Müxtəlif tipli, texniki parametrə malik olan akkumulyatorların istismarında iştirak etmək;
• Müxtəlif tipli, texniki parametrə malik olan AC 380V/220V-DC48V düzləndiricilər - İstismarı, proflaktikası, təmiri.
• Elektrik enerji işlədici avadanlıqların yerlə birləşmə durumunun yoxlanılması, ölçulməsi və problemlərin aradan qaldırılmasının koordinasiyası, icrası;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər:
• Ali, orta texniki və ya energetika üzrə peşə təhsilli
• Energetika sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalıdır;
• Dizel-generator sistemlərinin istismar qaydalarını, profilaktika işlərinin aparılmasını, baş vermiş nasazlıqların aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
• Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarında işləməyi bacarmalıdır;
• “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” qaydalarını bilməlidir;
• Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdır;
İş şəraiti
• İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək (qəza halları zamanı 7 gün/24 saat iş zamanına uyğun fəaliyyətinin təmini (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması və s. təmin edilməklə);
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 15.07.2023.