Departament: Hüquq
Şöbə:Korporativ hüquqi tənzimləmə şöbəsi
Vakansiyalar: Aparıcı hüquqşünas
Əsas vəzifə və öhdəliklər:
• Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
• Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
• Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
• İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
• İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
• Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
• Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
• İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
• Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
• Ali hüquq təhsili olmalı;
• Korporativ hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı;
• Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
• Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
• Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
• Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
• Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
• Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
• Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
• Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
• Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
• İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
İş haqqında məlumat
• 5 günlük iş rejimi
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Aparıcı hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 30.06.2023.