Kommersiya Departamenti
Biznesin təhlili və bazar araşdırması şöbəsi
Vakansiya: Mütəxəssis
Vəzifə öhdəlikləri
• Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis fəaliyyətini Marketinqin idarəedilməsi prosesi eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
• Məlumatların təhlil edilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirak edilməsi;
• Rəhbərliklə birgə satış planının hazırlanmasında iştirak etmək və məlumatların satış komandalarına ötürülməsi;
• Strateji və kommersiya planlaşdırmalarında iştirak edilməsi;
• Kommersiya planı üzrə reportun hazırlanması və analitikasının aparılması;
• Dövri hesabat infrastrukturunun yaradılması, icrası, saxlanılması və təkmilləşdirilməsi;
• Abunəçidən əldə olunan gəlir, istifadə və ARPU (İstifadəçi başına orta gəlir) baxımından hər bir kompaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi;
• Hesabatların keyfiyyətinin yüksəldilməsi, yeni təqdimat formatlarının və ümumi hesabatların avtomatlaşdırılması üçün həllərin hazırlanması;
• Şirkətin ümumi nailiyyətləri haqqında həftəlik/aylıq yeniliklərin təmin edilməsi;
• Departamentin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərilməsi;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər və bacarıqlar
Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə alınan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
• İqtisadiyyat, İnformatika, Maliyyə, Statistika, Menecment, Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
• Telekommunikasiya, FMCG və maliyyə sektorlarında hesabatların təhlili və proqnozlaşdırılması üzrə 1 illik təcrübə;
• Real iş mühitində tətbiq edilmiş analitik düşüncə bacarığı
• SQL və R üzrə peşəkar işləmə bacarığı, Python üzrə biliklər arzuolunandır
• Verilənlər bazası ilə işləmək bacarığı
• Power BI və Excel üzrə peşəkar işləmə bacarığı
• Yüksək təqdimat və prezentasiya hazırlama bacarığı (Power Point üzrə)
• Azərbaycan və ingilis dillərini bilməlidir, rus dili arzuolunandı;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
• Müasir Telekommunikasiya trendlərini bilməlidir;
• Nəticə yönümlü olmalıdır;
• Stress və gərgin iş şəraitinda çalışma bacarıqlarına malik olmalıdır;
• Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
• Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
İş haqqında məlumat:
• 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin təhlili və bazar araşdırılması üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 15.07.2023.