Departament: İnformasiya Texnologiyaları Departamenti
Vakansiya: Sınaq üzrə mütəxəssis
Əsas vəzifə və öhdəlikləri:
• Sınaqlar üzrə mütəxəssis fəaliyətini Sınaq prosesinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparır;
• Bütün yeni və mövcud proqramların, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək və yoxlamaq;
• Yeni və mövcud xidmətlər və tətbiqlər üçün ATP və UAT hazırlamaq və icra etmək;
• Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
• Test nəticələrini və məhsulun vəziyyətini göstərən test hesabatları yaratmaq;
• Vendor və Aztelekom proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
• TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək;
• Şəbəkə üzərindən məlumat mübadiləsinin aparılması, faylların emalı, daxil olan sorğuların cavablandırır;
Kvalifikasiya üzrə tələblər və bacarıqlar:
• Ali Təhsilli, Texniki sahəyə üstünlük verilir
• Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir;
• Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması, yoxlanılması üzrə iş bacarığı olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin hazırlanması üzrə iş təcrübəsi;
• İnformasiya Texnologiyaları üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır. İşgüzar yazışma qaydalarını bilməlidir;
• Azərbaycan və ingilis dili - yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür;
• Microsoft Office proqramları üzrə qabaqcıl biliklər;
• Keyfiyyətin İdarə Edilməsi Metodologiyaları haqqında biliklər;
• Sınaq sənədlərinin işlənməsi üzrə biliklər;
• SQL baza bilikləri;
• Test və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
• Müştəri Xidmətləri, Billing və OSS proqramları üzrə əsas biliklərə üstünlük verilir;
• HTML,UNIX/Linux üzrə biliklər, PL/SQL Proqramlaşdırma biliklərinə üstünlük verilir;
İş haqqında məlumat:
• 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər link vasitəsi ilə ərizə formasını doldurub müraciət edə bilərlər.