İnsan Resursları departamenti
SƏTƏM şöbəsi
Vakansiya: SƏTƏM üzrə mühəndis
Kvalifikasiya üzrə tələblər:
• SƏTƏM üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
• Ali-texniki təhsilə üstünlük verilir;
• Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
• Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
• SƏTƏMM üzrə qaydaları mükəmməl bilməlidir;
• Kompyuter bilikləri üzrə : MS Office və Outlook programlarını mükəmməl bilməlidir;
Aşağıdakılara dair mükəmməl biliklərə sahib olmalıdır:
• SƏTƏMM üzrə dövlət normativ tələbləri;
• Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələr;
• SƏTƏMM sahəsində milli və dövlətlərarası standartlar;
• Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları;
• Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimləri;
• Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydaları;
• İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları;
Vəzifə öhdəlikləri:
• SƏTƏMM üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir.
• SƏTƏMM üzrə mütəxəssis, fəaliyətini SƏTƏMM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
• Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
• “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
• Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
• “Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir;
• İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
• “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
• Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
• Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;
• Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;
• Müəssisənin bütün struktur bölmələri ilə işin koordinasiyasını təmin etmək və daim əlaqə saxlamaq.
Müvafiq tələblərə uyğun olan namizədlər link vasitəsi ilə ərizə formasını doldurub müraciət edə bilərlər.