Aztelekom
Loading
RU

“Aztelekom” MMC biznes subyektləri üçün tarif paketlərini yeniləyəcək

“Aztelekom” MMC biznes subyektlərinin yüksəksürətli internetə artan tələbatını və istəklərini nəzərə alaraq növbəti ay yeni müştərilər üçün cari tarif paketlərini yenilənmiş tərkibdə təqdim edəcək. 

Yenilənmiş tarif paketlərinin üstünlüyü ondan ibarətdir ki, həmin tarif paketləri daha münasib qiymətlərlə və 12 aylıq güzəştli şərtlərlə təqdim olunacaq.

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə), ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və DIA (Ayrılmış internet kanalı) texnologiyaları vasitəsilə təqdim edilən yeni tariflər xüsusilə kiçik və orta bizneslərdə effekltivlik və səmərəliliyin artırılmasına dəstək məqsədilə yaradılıb.

Artıq yeni tarif paketini seçəcək biznes subyektləri təqdim olunan güzəştlərlə yanaşı, Tvin TV-dən də (GPON texnologiyasına qoşulmaqla) istifadə edə biləcəklər. Eyni zamanda, cari paketlərdən istifadə edən müştərilərin Tvin TV-yə olan təlabatı da nəzərə alınıb. Belə ki, onlara istifadə etdikləri “Aztelekom”un GPON tariflərində qalmaqla Tvin TV-dən istifadə etmək və ya yeni tarif və paketləri seçməklə Tvin TV-dən istifadə imkanı təqdim olunacaq.

Biznes subyektləri Tvin TV-ni əldə etməklə 247 ədəd TV kanalı, həmçinin verilişlərin 7 günlük arxivini heç bir yaddaş kartı olmadan izləmək və avadanlıqda “YouTube” və "Netflix" kimi tətbiqlərdən istifadə etmək imkanına sahib olacaqlar. İstifadəçilər adi TV deyil, Smart TV funksiyalarına malik xidmət əldə edəcəklər.

Yeni tariflər biznes sahiblərinə daha əlverişli və daha əlçatan şərtlərlə internet xidmətindən istifadə etmək imkanı yaradacaq. Belə ki, sahibkarlar tariflərlə parelel olaraq istifadəyə veriləcək paket şəklində təklif edilən xidmətlər vasitəsilə bizneslərinə lazım olan bütün xidmətlərindən cari istifadə etdikləri GPON tariflərini dəyişmədən yararlana biləcəklər. 

Yeni tarif paketlərindən yararlanmaq istəyən müştərilər sentyabr ayının 1-dən etibarən ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət edə bilərlər.

Yeni təqdim ediləcək tariflər

GPON(optik) 40 Mbit/s     23 AZN
GPON(optik) 60 Mbit/s    30 AZN
GPON(optik) 80 Mbit/s    40 AZN
GPON(optik) 100 Mbit/s  46 AZN
Ayrılmış xətt 8 Mbit/s       130 AZN
Ayrılmış xətt 12 Mbit/s     192 AZN
Ayrılmış xətt 15 Mbit/s     230 AZN
Ayrılmış xətt 25 Mbit/s     375 AZN
Ayrılmış xətt 35 Mbit/s     518 AZN
Ayrılmış xətt 50 Mbit/s     730 AZN
Ayrılmış xətt 100 Mbit/s   1450 AZN
Ayrılmış xətt 250 Mbit/s   3600 AZN
Ayrılmış xətt 1 Gbit/s       7090 AZN

Biznes subyekləri üçün yeni təqdim ediləcək GPON (optik) paketlər

2-si 1-də    40 Mbit/s    internet+telefoniya    30 AZN
2-si 1-də    60 Mbit/s    internet+telefoniya    37 AZN
2-si 1-də    80 Mbit/s    internet+telefoniya    47 AZN
2-si 1-də    100 Mbit/s    internet+telefoniya    53 AZN
3-ü 1-də    40 Mbit/s    internet+telefoniya+TV    38 AZN
3-ü 1-də    60 Mbit/s    internet+telefoniya+TV    45 AZN
3-ü 1-də    80 Mbit/s    internet+telefoniya+TV    55 AZN
2-si 1-də    40 Mbit/s    internet+TV    31 AZN
2-si 1-də    60 Mbit/s    internet+TV    38 AZN
2-si 1-də    80 Mbit/s    internet+TV    48 AZN
2-si 1-də    100 Mbit/s    internet+TV    54 AZN
3-ü 1-də    100 Mbit/s    internet+telefoniya+TV    61 AZN

12 aylıq İPTV (mövcud GPON istifadəçiləri üçün)  -  Mövcud GPON istifadəçiləri üçün 12 aylıq şərtlərlə İPTV mövcud tarif ödənişinə 10 AZN əlavə ediləcəkdir

Qeyd: Qiymətlərə ƏDV daxildir.

Поиск

×