Aztelekom
Loading
RU

“Aztelekom” daha şəffaf və çevik işə qəbul prosesi üçün beynəlxalq təcrübədən istifadə edir

“Aztelekom” MMC işə qəbul prosesinin daha şəffaf, əlçatan və sürətli olması üçün beynəlxalq təcrübədə geniş istifadə olunan innovativ müraciətçi izləmə sistemini (ATS-Applicant tracking system) tətbiq edir.

Bu məqsədlə istedadların idarə edilməsi platforması Glorri ATS ilə müqavilə imzalanıb. Sözügedən platformadan istifadə yeni istedadların şirkətə cəlb edilməsini asanlaşdıracaq və təkmilləşdirmə nəticəsində işə qəbul prosesində əhəmiyyətli irəliləyişə imkan yaradacaq.

“Aztelekom” MMC-nin İnsan Resursları departamentinin direktor müavini Elnur Hüseynov bildirib ki, bu yenilik işə qəbul proseslərinin vahid mərkəzdən idarə olunması ilə yanaşı, onların sistemli və çevik həll yolları vasitəsilə rahat şəkildə həyata keçirilməsinə hədəflənib.

“Biz əminik ki, bu platformanın tətbiqi işə qəbul prosesimizi daha da təkmilləşdirəcək və istedadların sürətli və şəffaf şəkildə müəssisəmizə cəlb edilməsinə imkan yaradacaq”, – deyə o qeyd edib.

Поиск

×