Aztelekom
Loading
RU

Şəhid əməkdaşımız Şəhriyar Qasımovun xatirəsi yad edildi

26 oktyabr 2023-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Şəhriyar Qasımovun anım günündə iştirak ediblər. Onlar Bakı şəhəri 2 saylı Rabitə Xidmətləri Mərkəzinin əməkdaşı Şəhriyar Qasımovun paytaxtın Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda yerləşən məzarını ziyarət ediblər, üzərinə gül dəstələri və əklil qoyublar. Daha sonra əməkdaşlarımız şəhidin ailə üzvləri ilə görüşüblər.

Qeyd edək ki, Şəhriyar Qasımov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib və oktyabrın 26-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Laçının azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Поиск

×