Aztelekom
Loading
RU

“Aztelekom”da 10-dan çox vakansiya üzrə iş imkanı yaradılıb

“Aztelekom” MMC öz istedad və bacarıqlarını nümayiş etdirmək və karyerasına qurumun komandasında davam etmək istəyən hər kəsə bərabər imkanlar təqdim edir. Bu məqsədlə şirkətdə 10-dan çox vakansiya üzrə iş imkanı yaradılıb.

Böyük infrastruktur layihələri həyata keçirən “Aztelekom” MMC texnoloji imkanların təkmilləşdirilməsi ilə yanaşı, həm də şəxsi və peşəkar inkişaf üçün mühit yaradılmasına töhfə verir. Əsas məqsəd proseslərin keyfiyyətinin artırılması, hesabatlılığın beynəlxalq standartlara uyğun təmin edilməsi ilə işçi qüvvəsini gücləndirməkdir.

Mövcud vakansiyalar haqqında ətraflı məlumat və müraciət üçün linkə keçid edib uğurlu karyera yoluna doğru “Aztelekom”la addımlaya bilərsiniz.

Поиск

×