Aztelekom
Loading
RU

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC –nin kollektivi növbəti ağacəkmə aksiyası həyata keçirib.

Bu dəfəki aksiyada Siyəzən rayonunun giriş hissəsindəki ərazidə təmizlik-abadlıq işləri aparılıb, müxtəlif cinsli ağac tingləri əkilib. Yeni əkilən tinglərə qaydalara uyğun olaraq aqrotexniki qulluq göstərilib.

 Davamlı olaraq keçirilən aksiyalarda məqsəd ekoloji tarazlığın bərpasında, ətraf mühitin qorumasında iştirak etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

“Aztelekom” MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyevin sözlərinə görə, bu cür aksiyalar  vətəndaşlar arasında təbiətə qayğı hissinin güclənməsinə böyük töhvə verir və  həm də, əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalır.

Təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində gələcəkdə belə tədbirlərin digər regionlarda da həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir pandemiya qaydalarına riayət edilməklə həyata keçirilib.

Поиск

×