Aztelekom
Yüklənir
AZ

Bütün Xəbərlər

“Aztelekom” MMC Gəncə şəhərinin 90%-dən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC Gəncə şəhərinin 90%-dən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Gəncə şəhərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib.   Gəncə şəhərinin 90%-dən çox hissəsi yüksəksürətli internetlə əhatə olunub. Hazırda şəhər ərazisində 20 000-dək ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

Aztelekom MMC-nin göstərdiyi xidmətlərdə fasilələrin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama

Aztelekom MMC-nin göstərdiyi xidmətlərdə fasilələrin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama

Aztelekom MMC-nin göstərdiyi xidmətlərdə fasilələrin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama 08 iyun tarixində saat 18:40-dan etibarən Aztelekom MMC-nin tabeliyindəki Yevlax Data Mərkəzində hava şəraiti ilə bağlı yaranmış texniki problemlə əlaqədar olaraq bir qrup abunəçinin telekommunikasiya xidmətləri ilə təmin edilməsində fasilələr meydana gəlmişdi. Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində bütün imkanlar dərhal səfərbər olunub, zəruri tədbirlər həyata keçirilərək 00:20 radələrində telekommunikasiya xidmətləri tam olaraq bərpa olunub. Yaranmış çətinliklə əlaqədar olaraq Aztelekom MMC abunəçilərdən üzr istəyir və həmçinin texniki problemlə qarşılaşdıqları halda Aztelekom abunəçilərindən 170 Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

“Aztelekom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” MMC-nin müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım qeydə alınıb. Aparılan sorğuların nəticələrinə əsasən, 2024-cü ilin ilk rübündə “Aztelekom”un regionlarda Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) 2023-cü ilin son rübü ilə müqayisədə 21 bal artıb. Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markaya – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib və “Aztelekom” müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.

Axtarış

×